“Dağlıq Qarabağ”, “Stepanakert” yazan Rusiya Müdafiə Nazirliyi artıq Qarabağ iqtisadi rayonu və Xankəndi olaraq qeyd edir. Bəllidir ki, bunu heç də xoşluqla etməyiblər. Güclü olanda hər kəs hesablaşmağa məcbur olur. Tribunainfo.az bildirir ki, Rusiya MN indiyə qədər erməni toponimlərindən istifadə edirdi. Azərbaycan dəfələrlə xəbərdarlıq və etiraz etmişdi. Lakin rus sülhməramlı qüvvələri öz bildiyini edir, MN də ermənilərin arzularına uyğun davranırdı. Bir günlük antiterror tədbiri Xankəndi və bütün ərazilərdə suverenliyi təmin etməklə Rusiyanı fakt qarşısında qoydu. Onlar istəməsə belə, reallığı qəbul etməlidirlər. Buna kimi asan olmayıb, rəsmi Bakı xeyli yol keçib. Bundan sonra rus hərbi kontingenti vaxtından tez regionu tamamilə tərk edəcək. Onsuz da bir çox postları yığışdırıblar. Düzdür, son olaraq 10 yeni post yaradılıb, onun beşi bizimlə birlikdədir, birgə patrul xidməti olacaq. Sadəcə, Xankəndidə həddən az sayda erməni qalıbsa, ruslar hansı sülhyaratma missiyasını görəcək?