Erməni ideoloqları hər il 24 apreli türklər tərəfindən soyqırımına məruz qaldıqları gün kimi dünya ölkələrinin parlamentlərinin gündəminə gətirməyə çalışır.
Erməni ideoloqları hər il 24 apreli türklər tərəfindən soyqırımına məruz qaldıqları gün kimi dünya ölkələrinin parlamentlərinin gündəminə gətirməyə çalışır.
Tarix isə onların iddialarını təkzib edir.
Onlar bütün sivil cəmiyyətlərin diqqətini 1915-ci ildə Osmanlı imperiyası ərazisində baş verən proseslərə yönəltməyə və Türkiyənin əleyhinə olan qüvvələrə satqıncasına xidmət göstərən erməni təşkilatlarının bağlanması faktlarını genosid kimi təqdim etməyə səy göstərir. Bu gün bir çox dövlətlər siyasi-iqtisadi maraqlar prizmasından çıxış edərək, qanunverici orqanlar səviyyəsində erməni soyqırımını tanıdıqlarını bəyan edirlər. Ancaq istər tarixi arxivlər, istərsə də bugünkü proseslər erməni tərəfinin iddialarının əsassız olduğunu sübuta yetirir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev TİA.AZ-a bildirdi ki, erməni soyqırımı” onların birliyinin əsas səbəbidir və birliyin qorunması üçün isə bu məsələ daim qüvvədə saxlanılır, lakin tanınması üçün isə qəti addımlar atılmır: “1878-ci ildən başlayaraq, Osmanlı imperiyasının zəifləməsi nəticəsində ermənilər buradan mühacirət etməyə başladılar. Qalan ermənilər isə rus və ingilis təbliğatının nəticəsi olaraq, Osmanlı dövlətindən ərazi tələb etməyə başladılar. Bu işdə isə əsas rolu Rusiyada, İngiltərədə, Fransada yaşayan ermənilər oynayırdılar. Məhz erməni diasporunun fəaliyyəti nəticəsində “xristian bacı və qardaşların köməyinə ehtiyacı olan kiçik qardaş imicini iri dövlətlərdə formalaşdıra bildilər.
Erməni milli hərəkatı boyu üç siyasi təşkilatın rolu daha böyük olmuşdur. Hnçak, Armenakan və Daşnaksütun siyasi təşkilatlarının hər birinin ayrı-ayrı nizamnamələri olsa da, hər üçü Böyük Ermənistan yaratmaq üçün mübarizə aparırdı. Xəritə üzərində Böyük Ermənistanın üç dənizə çıxışı olması nəzərdə tutulurdu. Ancaq bunlardan, Aralıq dənizi və Xəzər dəniziləri daha böyük önəmə sahib idi. Böyük Ermənistan müasir Ermənistan ərazilərindən başqa, daha 3 dövlətin ərazilərini əhatə edirdi. Türkiyə, Gürcüstan və Azərbaycan torpaqları hesabına yaradılması planlaşdırılan dövlətin yaradılması üçün ilk öncə Armenakan təşkilatı fəaliyyətə başlamışdır. Armenakan təşkilatı 1885-ci ildə Osmanlı imperiyasında müəllim işləyən Mıxtariç Portukalyan tərəfindən yaradılmışdır. Təşkilatın qəbul olunan bəyannaməsində “Qan tökmədən müstəqillik əldə etmək mümkün deyil” şuarı yazılmışdır. Bununla da təşkilat siyasi danışıqlar vasitəsi ilə dövlət yaratmağın mümkün olmadığını bəyan etdi.
ABŞ – Türkiyə və paralel olaraq, ABŞ – Azərbaycan münasibətlərində ciddi dəyişikliklər yarada biləcək uydurma soyqırımın əsl mahiyyəti nədən ibarətdir?
Z.Əliyev deyir ki, dünya ermənilərinin milli kimliyi, birliyi üçün xristian dinindən də önəmli olan uydurma soyqırımı iddiaları “erməni məsələsi”nin bir qoludur:
“ Bu məsələ əsasən erməni diasporu arasında ideoloqları tərəfindən ciddi təbliğ edilir. Çoxsaylı təşkilatların, siyasi partiyaların və hərəkatların təmsil olunduğu erməni diasporunu türk tədqiqatçısı Erdal İlter altı qrupa bölür. Bu qruplara özləri və ya valideynləri bir və daha çox ölkədə yaşamalı olanlar, ana vətənləri ilə əlaqəli ortaq bir xatirə, mifoloji anım daşıyıcıları, məskunlaşdıqları ölkələrin ictimaiyyəti tərəfindən tam olaraq qəbul edilməyənlər, ana vətənlərini əsas yurd kimi qəbul edib, müvafiq zamanda oraya qayıtmağı düşünənlər, müxtəlif vasitələrlə vətənlə əlaqə quraraq, öz köməkliklərini göstərənlər, geri dönmək istəməyərək vətənə nostalji hisslərlə bağlananlardır. Bu altı qrupu səciyyələndirən cəhətlər erməni diasporu nümayəndələrinə xas olan əsas xüsusiyyətlər olmaqla, onların iç üzlərini, məkrli məqsədlərini gizlətmək üçün əlverişli variantdır. Məhz diasporda uydurma soyqırımın təbliğ edilməsində erməni ideoloqlarının xüsusi maraqları var. “Soyqırım əfsanəsi” ermənilərin erməni olmalarının əsas dəlili sayılmaqla erməniləri bir arada saxlamaq üçün yeganə vasitədir. ABŞ, Rusiya, Avropa və Asiya ölkələrində güclü təsiri olan “soyqırım əfsanəsi” buradakı ermənilərin fəaliyyətini, bir növ, tənzimləyir. Ermənilərin yaşadıqları hər yerdə “soyqırım”la əlaqəli bir çox “xatirələr” var. Bunu onların sahib olduqları ticari xidmət, şəxsi biznes obyektlərində də görmək olar. Ermənilər dükanlarına, köşklərinə, yeməkxanalarına, məktəbə, kilsəyə və digər yerlərə “Genosid”, “Ararat”, “Ermənistan” adları verirlər. Erməni ideoloqları diasporda təbliğatı gücləndirməklə, ermənilərin qüdrətli xalqlar tərəfindən assimilyasiya olunmasının qarşısını almağa çalışırlar. Onlar gözəl başa düşürlər ki, Ermənistanda yaşayan bir ovuc erməni ümumi işin davamçısı ola bilməz. Bu səbəbdən də diasporda erməniləri ortaq əzablar və ortaq uğurlar xülyası ilə birləşdirməyə çalışaraq, “soyqırım əfsanəsindən” məharətlə istifadə edirlər. Diasporda saxta bir tarix təbliğ edən erməni ideoloqları onları qədim və sivil xalqın nümayəndələri olduqlarına inandırırlar. Ermənilərin tarixən əzabkeş xalq kimi bir çox təzyiqlərə məruz qalması barədə uydurma konsepsiya hazırlayan erməni ideoloqları özləri də bunun yalan olduğunu qəbul edirlər. Bu, bir növdə əvvəlcə fərqli imperatorluqların və böyük dövlətlərin təsiri altında yaşamış olmalarına, onların böyük əziyyət görməklərinə və acılar yaşamalarına baxmayaraq, ermənilərin xüsusilə türk düşmənçiliyini yaymaq və aktiv saxlamaq istədiklərini görmək lazımdır.
Erməni tarixinin atası olaraq bilinən Horenatsinin “Hər türkü anadan olduğu anda ölümə məhkum edin. Onlara doğulma şansı verməyin. Çünki doğulmuş hər türk bizə faciə gətirir” sözü, eyni zamanda erməni yazıçı Silva Kaputikyanın 1988-ci ildə İrəvanda keçirilən bir mitinqdə etdiyi çıxışda söylədiyi “yeni doğulan hər erməni uşağının qulağına Ey Aram! Türklər sənin düşmənindir demək lazımdır ki, düşməninin kim olduğunu tanısın” ifadəsi, yenə yaxın keçmişdə türk diplomatlarını öldürən qatillərin ermənilər tərəfindən bir qəhrəman olaraq görülməsi və buna bənzər daha bir çox xüsusiyyətlər ermənilərdəki türk düşmənliyinin çox bariz işarəsidir”.
İlahə