Readaksiyamıza Rusiyanın Yekaterinburq şəhərində yaşayan Fehruz Şirinovdan maraqlı yazı daxil olub. Readaksiyamıza Rusiyanın Yekaterinburq şəhərində yaşayan Fehruz Şirinovdan maraqlı yazı daxil olub.
Söhbət Ümumrusiya Azərbaycanlıları Konqresinin Yekaterinburq və Ural zonası üzrə sədri Şahin Şıxlinskinin əməllərindən gedir. Bildirək ki, bir müddət öncə cumhuriyyet.az olaraq Şirinova sui-qəsdlə bağlı yazı dərc etmişdik. Şirinov iddia edirdi ki, ona qarşı sui-qəsdə Şixlinski və Yekaterinbuqrda yaşayan Səfərov qardaşları dayanır.
İş adamı olan Fehruz Şirinov redaksiyamıza bu məqamla bağlı təkzibolunmaz audio, vdeo yazılar, habelə fotoşəkillər və sənədlər göndərib. Biz bu məqama qayıdacayıq. Hələik isə başqa mətləblərdən söhbət açaq. Söhbət ondan gedir ki, hazırda Yekaterinburqda boş qalan Azərbaycan respublikasının konsulu olmağa iddia edən Şıxlinski əslində bölgədə yaşayan və çalışan iş adamları üçün başağrısına çevrilib. Şirinovun cumhuriyyet.az-a bildirdiyinə görə, adi kafe və xırda dükan işlədən azərbaycanlı belə onun iradəsi olmadan fəaliyyət göstərə bilməz: “Hamı ondan qorxur və ona haqq verməyə məcburdur. Mən ona baş əymədin iki dükanım yandırıldı. Torpağımı və bəzi əmlaklarımı əlimdən aldılar. Buna da dözərdim. Yerli auksionda hərrac yoluyla 11 milyon rubla torpaq aldım. Rəqibim isə erməniydi. Orada Qarabağ adına ticarət mərkəzi tikdirmək istəyirəm. Şahin Şıxlinski isə həmin erməniyə deyib ki, narahat olma, həmin torpağı alıb sənə verəcəm. Buna nə ad verəsən?”
Yekaterinburqdakı başqa bir mənbənin dediyinə görə, Şıxlinski indi regionun ən böyük bazası olan, 4 saylı meyvə-tərəvəz bazasını ələ keçirmək istəyir. Xatırladaq ki, adıgedən baza Ural regionunun ən böyük meyvə-tərəvəz bazası sayılır. Bu baza ətrafında isə illərdir qalmaqal səngimək bilmir. Ona sahib olmaq üçün mərhum qanuni oğru Rövşən Lənkəranskidən tutmuş yerli diaspor lideri Şahin Şıxlinskiyə qədər, bir çox nüfuzlu şəxslər mübarizə aparıb.
Bazanı ələ keçirmək istəyənlər arasında Ded Xasan tərəfdarları olan kürd klanının da adı çəkilir. Hazırki durumla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, Lənkəranskinin yoxluğundan istifadə edən Şıxlinski bazarı ələ keçirmək hərəkətə keçib: “Bu məsələdə bir rəqibi var ki, o da Ağayar adlı avtoritetdir. Ağayar isə Rövşənin adamıdır. Yekarerinburqda ciddi fiqur sayılır. Şıxlinski əslən Lənkərandan olan Ağayara qarşı onun yerlilərini ələ salmaq istəyirdi, amma bunu bacarmadı.
“Bundan başqa, Yekaterinburqda məscid tikdirmək adıyla azərbaycanlılardan külli miqdarda pul yığan Şixlinski, hazırda həmin pulu şəhərdə tikdirdiyi ticarət mərkəzinə yönəldib”. Bunu isə bizə Yekaterinburqda yaşayan başqa iş adamı bildirdi. Cumhuriyyet.az olaraq əlimizdə diaspora sədri, habelə onu dəstəkləyən Səfərovlar və digərləriylə bağlı təkzibolunmaz sənədlər, fotolar və ilginc səsyazıları var . Bütün bunlar barədə yaxın günlərdə…