Soyadları da oğurluq olan xalq – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər soyadına “azqanun” deyirlər; “Azq” – ermənicə soy, nəsil, “anun” isə ad deməkdir.  

Ermənilər soyadına “azqanun” deyirlər; “Azq” – ermənicə soy, nəsil, “anun” isə ad deməkdir. 

Lakin bu söz sonradan yaranma, qondarma olduğundan, keçmişdə ermənilərin soyadında işlənməyib. Erməni alimlərinin iddiasına görə, keçmişdə ermənilərdə soy, nəsil mənsubiyyətini bildirmək üçün “i” (dilimizdəki –nın şəkilçisinin əvəzinə) şəkilçisindən və ya ev anlamında olan “tun” sözündən istifadə olunub. Məsələn: “Azq Mamikoyan” və ya “Tun Arçruni”.

Rəsmi olaraq XIX əsrdən əhalinin siyahıyaalınması və sənədləşdirmə işlərilə bağlı qeydiyyata alınma başlanıb. Amma zadəgan ailələrində soyad orta əsrlərdə də mövcud idi – Mamikonyan, Amatuni, Rştuni… IV əsrin əvvəllində xristian dini qəbul edildikdən sonra Bibliyadan yəhudi mənşəli şəxs adları ermənilərdə geniş yayıldı: Adəm “adam” (ermənilərdə Adamyan), Aşot “şir” (ərəb dilindəki Əsəd adı ilə eyni mənşəlidir), Yelise (Allah xilaskardır) ermənilərdə Yeğişe, İvan (Allah əzizləyəndir) adından ermənilərdə İoanesyan, Avanesyan, Ovanesyan, Ohanesyan familiyası törədi.

Bəzi mənbələrdə qeyd edilir ki, Qafqaza köçən ermənilər yerli türklərin yanında usta köməkçisi kimi çalışıqlarından, soyadlarının ən çox yayılanı sənət və peşə ilə bağlı olan soyadlardır: Nalbandyan (nalbəndin köməkçisi), Çaxmaqyan (çaxmaq ustasının köməkçisi), Tüfəngyan (tüfəng ustasının köməkçisi) və sairə. Zamanla bu peşələri erməniləşdirərək, Açtuxyan (çörəkçi), Voskerçyan (zərgər), Ekimyan (həkim), Kartaşyan (daşyonan) və sairə adlarla əvəzləyiblər.

Qafqaz regionunda 1813 və 1828-ci illər hadisələrindən sonra sayı artan ermənilər xarakter, xasiyyət və davranışlarına görə də soyadlar daşımağa başladılar. Çaxatyan erməni dilində “tülkü” deməkdir. Bu, insanın tülkü kimi hiyləgər və oğru olması ilə bağlıdır. Yaxud Karçikyan sözü “balaca dovşan” mənasın verir və bu soyadı boyda xırda adamlara veriblər.

Erməni şəxs adları Azərbaycan dilinə aid təmiz türk mənşəli ata, ağa, bala, dədə, qara, igid, sarı, çoban və s. sözlərdən ibarətdir. Onlara fars mənşəli “yan” şəkilçisi əlavə olunmaqla Atayan, Aqayan, Balayan, Dadyan, Karayan, İgidyan, Saryan, Çobanyan familiyaları yaranıb. Bu, o deməkdir ki, ermənilərdə Ata, Ağa, Bala, Dədə, Qara, İgid, Sarı, Çoban adlarını daşıyan adamlar olub.

Bu qrupa, habelə, Azərbaycan dilindən götürülmüş bərbər, qəssab, daşçı, dəmirçi, dəllək, dərzi, zərgər, kasa, nalbənd, nəccar, lüləçi, taxtaçı, sandıq, ciyər və basqa sözlərdən yaranmış Bərbəryan, Kasabyan, Taşçyan, Damirçyan, Dəlləkyan, Terzyan, Zərgəryan, Kasayan, Nalbandyan, Naçaryan, Luleçyan, Sundukyan, Taxtaçyan, Ciqarxanyan familiyaları aiddir.

Mütləq qeyd olunmalıdır ki, azəri-türk mənşəli sözləri (adam adlarını, peşə adlarını, müxtəlif mənalı sözləri) özlərinə soyad seçməkdə ermənilərin məqsədi olub. Bu, onların qonşu türklər arasında maskalanmaları üçün çox vacib əhəmiyyət daşıyırdı. Onlar bununla həm də bizə “yaxın” olduqlarını, rəğbət bəslədiklərini bildirməyə çalışıb, çox zaman buna nail olub və nəticədə bizim axarlı-baxarlı torpaqlarımızda özlərinə rahat yer tapa biliblər. Məhz bu yollarla onlar bizi bizdən yaxşı tanıyırlar.

Burada məntiqi təhlil üçün geniş söhbətə ehtiyac duyulur. Əvvəla, onu qeyd edək ki, bu soyadların kökü birmənalı şəkildə türk-azəri mənşəlidir; bir qismində heç bir dəyişiklik edilmədən yalnız -yan artırılmaqla (bağban+yan, xarrat+yan, çoban+yan ozan+yan, saatsaz+yan), bir qismində isə erməni dılində müvafiq hərflər (-ə, -ü) olmadığından bir hərf dəyişməsi ilə (dəllək – dallak+yan, dəmirçi – damirçi+yan, dərzi -darzi+yan, dülgər – dulqar+yan, burada həm də g-q əvəzlənməsi vardır, nalbənd – nalband+yan) düzəlib.

Söhbət təkcə bununla bitmir, ortaya məsələ çıxır: niyə ermənilər bizim peşə adlarını belə əzizləyib, özlərinə soyad seçiblər? Bunun məntiqi yozumu budur ki, adları çəkilən peşələr erməninin özündə heç vaxt olmayıb, bu, onların məişətinə yaddır. Onlar bir millət kimi heç vaxt bir yeri özlərinə daimi yurd bilib, yığcam ərazidə yaşamayıb, ev-eşik sahibi olmayıb, öz ağalarının buyruğu ilə vaxtaşırı olaraq bu ölkədən o ölkəyə (Türkiyə, İran, Suriya, Azərbaycan və digər ölkələrə) köçürülüblər. Əlbəttə ki, bu, onların özlərindən daha çox onları idarə edən ölkələrin marağından irəli gəlirdi. Tarixən belə həyat tərzi keçirən adamların maldarlıq, əkin-biçin kimi təsərrüfat işlərilə məşğul olmağa nə marağı, nə də imkanı olub. Ermənilərin bəxti onda gətirib ki, əliaçıq, ürəyiyumşaq qonşuları olub, onlar da kəndbəkənd, evbəev gəzərək, hansısa qapıda bir işə yarayıb və ailəsinə gündəlik çörək qazana biliblər. Bu növ məşğuliyyətin nəticəsi olaraq, yuxarıda adlarını çəkdiyimiz peşələrdən birinə yiyələnib, sonralar həmin peşə ilə tanınmış və nəticə etibarilə bu peşəni özlərinə soyad seçiblər.

Erməni etnoqrafı Levon Abramyan yazır ki, türk dilində sənətlər “-çi”, “-çı” şəkilçilərilə qurtarır: bardaqçı, dəmirçi, balıqçı, əkməkçi və s. Ermənilərdə də “ç” hərfi sənətlə bağlı soyadlarda işlədilir. Məsələn: Bardakçyan, Dəmirçyan.

Bir sözlə, türk soyadlarını özünüküləşdirən ermənilər XIX əsrin əvvələrindən özlərini yeni bir soyad sonluğu ilə dünyaya tanıtdılar. Kiminsə hər hansı bir kökə-nəslə bağlılığını bildirmək üçün ermənilər “yan” şəkilçisindən istifadə etməyə başladılar. Məsələn: Davidenç, soyadı indi Davidyan kimi səslənir. Şəkilçinin sonundakı “ç” hərfi heç də bütün erməni soyadlarında ixtisara salınmayıb. XIX əsrdə Rusiyaya köç edən bəzi ermənilər soyadlarındakı “ç” sonluğunu saxlayıblar. Ermənistanın özündə də bəzi dağ rayonlarında “ç” sonluqlu soyadlar qalmaqdadır. Məsələn: Adonç, Kalvarenç.

Fikirimizi təsdiq etmək üçün İrəvanda 1987-ci ildə çıxan “Erməni soyadları” kitabının 112-114-cü səhifəsində yazılan fikirləri göstərə bilərik. Kitabda müəllif yazır: “Erməni soyadlarının yalnız 26,3 faizi orjinal erməni dilindən yaranıb, qalan adların 194-ü fars, 113-ü türk, 111-i ərəb, 60-ı yunan, 54-ü yəhudi, 44-ü isə digər dillərdən götürülmüşdür. Erməni soyadlarının 20 faizini isə xristian dini ilə bağlı soyadlar təşkil edir”.

Rus tədqiqatçısı Aleksandr Tronskiy yazır: “Ömrüm boyu mən anamın qızlıq familiyasının “Ağabekyan” olması heyrətləndirirdi, araşdırdığım bütün erməni mənbələrində ağa və bəy sözünə rast gəlməmişdim. XIX əsrə qədər rast gəldiyim bütün mənbələrdə Ağabəy yazılırdı. Ağa-fars, Bəy isə türk mənşəli sözdür. Bu, bir daha mənə ermənilərin soyadlarının oğurluq olduğunu sübut etdi”. (http://www.proza.ru/2013/05/15/1526)

Rusların Qafqaza gəlişindən sonra xristian yeqanlar Yeqanyan, müsəlman yeqanlar Məlik Yeqanov soyadını qəbul etdilər. Yeqan və ya Eqan qədim türk etnoslarından biridir. Kesariyalı Prokopi yazır ki, Bizans imperatoru Yustinianın Eqan adlı hun əsilli sərkərdəsi vardı.

1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji qurultayda çıxış edən məşhur erməni dilçisi Hraçya Açaryan da çıxışında etiraf edirdi ki, türk (Azərbaycan) dilinin erməni dilinə təsiri çox böyükdür, bir dildən başqa dilə, adətən, isimlər, az halda sifətlər və çox nadir hallarda fellər keçdiyi, saylar, bağlayıcı və zərflər isə qətiyyən keçmədiyi halda, nədənsə türk dilindən erməni dilinə bu nitq hissələrinə aid sözlər bərabər səviyyədə və hətta 70-90 faiz səviyyəsində keçib, hətta elə cümlələr var ki, bütövlükdə türk sözlərindən ibarətdir.

Ermənilər türk xalqları arasında yaşadıqları üçün türk adlarını götürüblər və bu şəkildə gələcəkdə də soyad daşıyıcılarına çevriliblər. Ermənilərin nəyi var ki? Sahib olduqları hər şey başqa xalqlardan mənimsənilib.

Mütəxəsislərin fikirincə, ermənilərin Türk adlarının soyad kimi götürmələrinin başqa səbəbləri də var. Biri odur ki, bəzi Türk soyadlı ermənilərin ulu babaları elə Türk olub. Ona görə də bu ermənilər babalarının adlarını soyad kimi götürüblər. Məsələn, Məlikyanın ulu nənəsi o vaxtlar Məlik adlı Turkdən uşaq dünyaya gətiribsə, həmin şəxsin soyadı qalıb Məlikyan.

Yaxud, bir misal çəkək. Dalibaltayan soyadı Ermənistanda bir hərbiçi ailəsinə məxsusdur. Bu soyadın mənbəyi ermənilərin türkləri qətlə yetirdikləri Türkiyənin Qars vilayətində günahsız insanlara qadın, uşaq, qoca demədən işgəncə verib, balta ilə doğrayan bir nəslin nümayəndələrinə verilən “dəli baltalar” ləqəbindən götürülüb.

Qalfayan erməni soyadı isə türk dilindəki “kalfa” ismindən “k-q” əvəzlənməsi ilə düzəldilib. Türkiyə türkcəsində kalfa – köməkçi, kəniz mənalarında işlənməklə yanaşı, sarayda kənizlər, xidmətçilər üzərində nəzarətçilərə də deyilirdi. “Yan”-soyad sonluğu ilə bağlı qeyd edim ki, yezidi kürdlər, udinlər və digər azsaylı xalqlarda da belə sonluqla bitən soyadlar var. Udin İcmasının rəhbəri Alek Danaqari müsahibələrinin birində bildirib ki, onların emənilərlə heç vaxt bağlılığı olmayıb. Həm də maraqlıdır ki, Nic udinləri monofizit, Oğuzudinləri diafizit pravoslavlardır. Milliyətcə udin olan tanınmış tarixçimiz Voroşil Qukasyan qeyd edir ki, onların soyad sonluqlarına yalnız 1930-cu illərdə “yan” sonluğu atılıb. O vaxta kimi soyad sonluqları “ari” ilə bitirmiş, məsələn – Voroşil Qukasari. Alban kilsəsinin hələ 1836-cı ildə Rus Sinodunun qərarı ilə Erməni kilsəsinə təhvil verilməsi udin xalqının məhvinə yönəlmiş bir addım olub: Onlar Alban kilsəsini erməni Qiriqorian kilsəsinə tabe etmək istəyirdilər. Udinlərə məxsus əlifbanı, yazıları da Sovet İmperiyası zamanı ermənilər məhv ediblər”. 1990-ların əvvəllərində udinlər soyadlarındakı “yan” sonluğunu “ari” və “ov”, “yev”lə əvəz etməli oldu. Onlar “yan”dan imtina edib, yuxarıda qeyd etdiyimiz soyad sonluqlarını qəbul edirlər.

Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent