Yasamal rayonunda yanğının baş verdiyi binanın sakinləri təxliyə olunub.
Yasamal rayonunda yanğının baş verdiyi binanın sakinləri təxliyə olunub .
TİA.AZ xəbər verir ki, yanğın binanın iki mərtəbəsini əhatə edib. Binada yaşayan sakinlərin hamısı təhlükəsiz əraziyə təxliyə olunub.
Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib. Təcilli tibbi yardım briqadasının həkimləri tüstüdən zəhərlənən qadına ilkin tibbi yardım göstəriblər. Onun vəziyyəti hazırda stabildir.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.