Azərbaycanda 27 yaşayış məntəqəsinin adının dəyişdirilməsi təklif edilir. Azərbaycanda 27 yaşayış məntəqəsinin adının dəyişdirilməsi təklif edilir.
Təklif müəllifləri hesab edir ki, sovet dönəmində qoyulan bu adların öz ilkin, əzəli adları ilə əvəzlənməsi daha məqsədəuyğundur.
Moderator.az-a açıqlama verən görkəmli türkoloq alim, professor Firudin Cəlilov da bu dəyişikliyin məqsədəuyğun olduğunu vurğuladı:
“Təbii ki, bu yaşayış məntəqələrinin əvvəlki adının bərpa edilməsidaha düzgün addımdır. Çünki kənd, dağ, çay və s. kimi adlar xalqın tarixi ilə bağlıdır. Sovet vaxtında bu adların dəyişdirilməsi xalqın tarixinə vurulan zərbə idi. Bu gün isə onların qədim adlarının bərpa edilməsi təqdirəlayiq bir addımdır və bunu ancaq alqışlamaq olar”.