Şoumen Vladimir Zelenski və Ukraynanın indiki przidenti Pyotr Poroşenko dövlət başçısı seçkilərinin ikinci turuna çıxıb.
Reyting.az Ukrayna mediasına istinadıa bildirir ki, bunu Exit-poll-un nəticəsi göstərib.
Məlumata görə, Zelenski 30,7, Poroşenko 18,6 faiz səs toplayıblar.
“1+1” telakanalının keçirdiyi sorğunun nəticəsinə görə, Zelenski 30,1, Poroşenko isə 18,5 faiz səs toplaya biliblər.
Yuliya Timoşenko seçicilərin 14 faizinin səsini ala bilib.