backend

ŞOUMEN, YOXSA İCRA BAŞÇISI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı Əhəd Abiyevin üzərində Kolumbiya bayrağı həkk olunmuş şifirə yumruq vurması ötən həftənin ən qalmaqallı hadisəsi oldu.  
Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı Əhəd Abiyevin üzərində Kolumbiya bayrağı həkk olunmuş şifirə yumruq vurması ötən həftənin ən qalmaqallı hadisəsi oldu. 

Məlum məsələni mətbuat vasitəsilə öz təbliğatına çevirmək istəyən Əhəd Abıyev sonradan anladı ki, sındırdığı şifirin üzərindəki Ermənistnın deyil, Kolumbiyanın bayrağı imiş. Sən demə, Əhəd müəllim şiferi yox, özünü sındırıbmış. 

Gözünə döndüyüm mətbuat isə nə təhər hay-küy saldısa səs-soraq okeanın o tayına, düz Kolumbiyanın özünə kimi gedib çıxdı. 

Kolumbiya KİV-də hadisə barədə geniş məlumat dərc etdilər. Ölkəmizi adını belə eşitməyən kolumbiyalılar Əhəd Abiyevin vasitəsi Azərbaycanı tanıdılar.  

Necə tanımaqları isə ayrıca bir məsələdir. Ümumiyyətlə, Əhəd Abıyev haqda lətifələrin sayı-hesabı yoxdur. Demək, bu adam deputat kürsüsün itirəndən sonra Daşkəsənə icra başçısı təyin olundu.Təyin olunduğu zamandan indiyə qədər gündəmdə icra başçısı kimi deyil, şoumen kimi gələn Əhəd Abıyev bu pis xasiyyətini qəti tərgitmək istəmir.

İlk dəfə qar dənələrin öz müavinləri ilə yığmaqla hay-küy salan Əhəd Abıyev, sonradan hansısa rayon səviyyəli bir məmurla rinqə çıxmaqla məhşurlaşdı. Hərdən öz-özümə fikirləşirəm ki, görəsən, cənab Abıyevin yaxın bir dostu yoxmudur, ona başa salsın ki, ayıbdır. Elə tanış yoxmudur, ona anlatsın ki, sən Daşkəsən kimi diyara, özü də düşmənlə həmsərhəd bir rayona rəhbərlik edirsən.  

Bəs düşmənin qulağının dibində şoumenlik işə yarayarmı? Bu məsuliyyəti Əhəd müəllim dərk etmirmi? Nəzərinizə çatdırım ki, saytın elektron ünvanına ən çox, həm də saysız-hesabsız şikayətlərin gəldiyi rayon Daşkəsəndi. Düzdür, müəllif yazısında adətən movzu haqda şəkillər olmur, amma istərdim ki, Əhəd Abıyev haqqında məndən çox onun öz şəkilləri danışsın.  Bəlkə də hörmətli icra başçısı bu şəkillərə baxandan sonra Kolunbiyanın bayrağına ilişdirdiyi yumruqdan birini də özünə vuracaq. Bu dəfə isə barmaqları yox, beli qırılacaq. 

TİA.AZ