“Sosial Xidmət Agentliyi” publik hüquqi şəxsin əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Zərdab rayonunda 18 ədəd ikiotaqlı, 12 ədəd üçotaqlı mənzilin alınması üçün elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin ümumi dəyəri 2 368 800 AZN olub.