Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi Aparat rəhbərliyi və filialları üçün pikap tipli xidməti avtomobillərin satın alınmasını həyata keçirəcək. Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.
Bildirilir ki, Agentlik bu məqsədlə “Yenimotor” MMC ilə satınalma müqaviləsi bağlayıb. Həmin müqavilənin dəyəri isə 305 min manat təşkil edəcək. Həmin məbləğə isə 5 ədəd avtomobil alınacaq. Yəni, bir maşın 70 min manata.
Aparılan araşdırmalar zamanı belə məlum olub ki, ƏƏSMN-lə “Yenimotor” MMC arasında bu, ilk tender anlaşması deyil. Əksinə, 2019-cu ildən bəri nazirliklə şirkət arasında bir neçə tender müqaviləsi bağlanılıb. Demək olar ki, ƏƏSMN-in ayrı-ayrı gentlik və bölmələrinin avtomobillə təhcizatı da məhz bu şirkət tərəfindən həyata keçirilib.
Qeyd edək ki, “Yenimotor” MMC “Honda Avtomobil Mərkəzi”nin sahibidir. Şirkət 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Yusif Rafiq oğlu Hüseynovdur.