SOSİAL  XİDMƏTLƏR AGENTLİYİ 4 AZYAŞLINI YENİDƏN KÜÇƏLƏRƏ ATDI…

SOSİAL XİDMƏTLƏR AGENTLİYİ 4 AZYAŞLINI YENİDƏN KÜÇƏLƏRƏ ATDI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi valideynlərinin laqeydliyi səbəbindən küçələrdə səfil günündə yaşayan 4 azyaşlını yenidən analarının himayəsinə qaytarıb.

Tribunainfo.az yazır ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ictimailəşdirib. O bildirib ki, dəfələrlə həmin uşaqların dövlətin himayəsinə verilməsinə çalışsa da, Sosial Xidmətlər Agentliyi qiymətləndirmə apararaq uşaqları yenidən anaya vermək qərarına gəlib:

“2 il öncə Xırdalanda bombey deyilən ərazidə aşkarladığım uşaqlar yadınızdadır? 4 bacı qardaş… Küçədə səfil durumda 2 qız və bağlı qapılar arxasında qalan daha 2 körpə. Rahilənin uşaqlarıdır. Mən bu uşaqlara 1 il göz bəbəbiym kimi baxdım. Dəfələrlə məhkəmədə oldum və bu uşaqların ancaq dövlət himayəsində qalmasını israr etdim!!! Qəddar dedilər!!! Ananı balalardan ayıran dedilər!!!
“Mübarizələrdən” sonra Sosial Xidmətlər Agentliyi Sosial Sığınacağına yerləşdirdi. Mən uşaqların nəzarətdə olduğunu düşündüyüm halda, sən demə, ananı “qiymətləndirərək” uşaqları ona qaytarıblar.

Bu ailə necə qiymətləndirilib? Hansı kriteriyalarla dəyərləndirilib və anaya qaytarılıb? 4 uşaq artıq 5 uşaq olub. İndi zəhmət çəkin, necə qiymətləndirmə aparmağınızın izahını cəmiyyət qarşısında, ictimai formada verin”.