Sosial Xidmətlər Agentliyi 1.55 milyon manata ofis icarələdi

Sosial Xidmətlər Agentliyi 1.55 milyon manata ofis icarələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi bir illik icarə müqaviləsi bağlayıb. Tribunainfo.az xəbər verir ki, Xidmət keçirdiyi tenderdə uzun müddətdir əyləşdiyi ofisin qanuni sahibini qalib elan edib.
Belə ki, sözügedən qurum Agentliyin Aparatı üçün ofis sahəsinin və anbarın icarəsi xidmətinin satın alınmasına dair tenderin nəticələrini açıqlayıb. 1.550.390,86 manatlıq tenderin qalibi isə “ÇİNAR PARK” QSC olub.