“Sosial şəbəkələrdə seçki prosesində qanun pozuntusuna yol verilməsi ilə bağlı 508 görüntü yayılıb”.
Tribunainfo.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
MSK sədri qeyd edib ki, sözügedən 508 görüntü 25 dairənin 49 məntəqəsini əhatə edir: “Görüntülərdə məntəqələrin adları qeyd olunmayıb. Amma sosial şəbəkələrdə yayılan görüntülərə ciddi şəkildə baxılacaq. Komissiya görüntüləri izləyir və yekdil fikir qəbul ediləcək”.