Son zamanlar ətin qiyməti bahalaşıb. Lakin sosial şəbəkələrdə bəzi bazarlarda ucuz ət satıldığına dair iddialar var.
Tribunainfo.az milli.az-a istinadla xəbər verir ki, satıcılar bildirirlər ki, bu ətlər Hindistan və Monqolustandan gətirilir.
Satıcıların sözlərinə görə, xarici ətin də öz alıcısı var:
“Qiyməti 12-13 manat arası dəyişir. O ətlər buzlu şəkildə olduğu üçün vitrindən satmırıq. Hindistan əti həm də qara olur, vitrin görünüşün pozur. Yerli ətin qiyməti isə 20-21 manatdır”.
Alıcılar isə ətin nə mənşəyi olduğunu bilmədikləri üçün üstünlük vermədiklərini deyiblər.
Məsələ ilə bağlı qida eksperti Məhsəti Hüseynova bildirib ki, ət alarkən yaxşı olar ki onun etibarlı mənşəyi bəlli olan yerdən alaq:
“Həmçinin baytarlıq arayışının olub-olmaması ilə bağlı mütləq şəkildə məlumatlı olmalıdır. Arayışın göstərilməsindən imtina edilirsə, bu, riskli məhsul hesab edilir. Ekspert qeyd edib ki, təzə mal əti qırmızıya çalar rəngdə olmalıdır. Elastik və bərk olmalıdır. Əl ilə toxunduqda çuxur yaranırsa, tezliklə özünü bərpa etməlidir”.