Sosial şəbəkələrdə necə pul qazanmaq olar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada milyonlarla insanın gündəlik gəlirlərini internetdən qazandığı məlumdur. 

Dünyada milyonlarla insanın gündəlik gəlirlərini internetdən qazandığı məlumdur.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, bu işlə həm peşəkar, həm də həvəskar kimi məşğul olan insanlar var:

“Sıfırdan başlayaraq bu biznesi uğurlu şəkildə aparmaq mümkündür. Feysbuk, İnstaqram və digər sosial media resursları üzərindən yüksək məbləğlərin əldə olunmasının, biznes qurmağın müxtəlif yolları mövcuddur. Oflayn mühitdə olan alış-satış subyektinin virtual variantını hazırlamaq mümkündür. Sosial media resurslarında onun sanki bir filialını açıb, reklamını aparmaq, tanıtımını təşkil etməklə alıcı toplamış olursunuz. Bununla o, sanki əlavə bir auditoriya əldə etmiş olur. İnternet vasitəsilə onlayn alış-veriş etmək də mümkündür.

Sosial media vasitəsilə pul qazanmağın başqa bir forması isə Yutubda öz kanalını açmaqla müxtəlif auditoriyaya hədəflənmiş videolar hazırlamaqdı. Bu videolar əsasən auditoriya toplamaqla yanaşı, sizə sponsor və reklamlar gətirəcəkdir.

İnstaqramda, Feysbukda müəyyən sayda kütlə toplamış səhifəni idarə etməklə yeni bir alıcıya səhifənin yüksək məbləğdə satışını həyata keçirə bilərsiniz”.

Ekspert bildirir ki, əgər sosial səhifələrdə aktivsinizsə və çox şeyi bilirsinizsə, öz xidmətlərinizi eyni anda bir neçə şirkətə təklif etməklə böyük şirkətlərin Feysbuk, Tvitter, İnstaqram və Quql Plus kimi sosial şəbəkələrdəki hesablarına nəzarət qarşılığında əmək haqqı ala bilərsiniz:

“Bunlardan əlavə maraqlı və qrammatik cəhətdən düzgün yazmağı bacaranlar özünü blogger kimi sınaya bilərlər. İnternet üzərindən Frilansing professional bacarıqları nəğd pula çevirməyin daha bir çıxış yoludur. Frilansə bazası, ya da əlavə işçilər axtaran özəl proyeklərin siyahısını toplayan saytlar var. Veb-dizayner, mobil tətbiqetmə yaradıcısı, proqramçı, İT və şəbəkə mühəndisləri, araşdırmaçı, analitik, memar, arxitektor, qrafik dizayner, rəssam, kontent yazar, tərcüməçi, hüquqşünas, administrator, mühasib, marketoloq, satış və müştəri məmnuniyəti işçilərinin qeydiyyatını aparır. Öz iş qrafikini özün seçirək və gördüyün işdən qazandığın gəlirin 2%-ə qədərini sayta xidmət haqqı kimi ödəyirək qazanc yolu əldə etmək mümkündür”.