Sosial şəbəkədə tüfənglə görüntülərini yaydı, DİN hərəkətə keçdi – FOTO/VİDEObackend

Sosial şəbəkədə tüfənglə görüntülərini yaydı, DİN hərəkətə keçdi – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi sosial şəbəkədə lüləyi kəsilmiş tüfənglə görüntülərini paylaşan şəxslə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, video polis əməkdaşları tərəfindən araşdırılıb.

Həmin şəxsin Tərtər rayonunda yaşayan C.Lətifov olduğu müəyyən edilib. Onun yaşadığı ünvandan müvafiq sənədləri olmayan qundağı və lüləyi kəsilmiş tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.