Son dövrlər insanların sosial hesabları oğurlanması müşahidə olunur. Bu haldan daha çox məşhurlar əziyyət çəkir. Ancaq adi vətəndaşların da sosial şəbəkə hesablarının oğurlandığının şahidi oluruq. Müşahidələr göstərir ki, hack olunanlar səhifələr arasında ən çox qurban xanımlardı.
Tribunainfo.az yazır ki, mütəxəssislərin fikrincə, xanımlar tətbiq proqramlarına daha çox daxil olur, simalarını gözəlləşdirir və foto paylaşırlar. Bu proqram vasitəsilə nə vaxt öləcəklərini, bir neçə il sonra olacaq vəziyyətlərini, keçmişdə necə görünə bilərdilər deyə görüntülərini paylaşırlar. Nəticədə fərqinə varmadan özlərinə aid informasiyaları qarşı tərəfə vermiş olurlar və beləcə onların hesablarının ələ keçirilməsi asanlaşır.
Ekspert Elçin Əfəndiyev bildirib ki, istər xanımlar, istərsə də bəylər çox diqqətli olmalı və aşağıdakıları etməyiblərsə dərhal tətbiq etməyə çalışmalıdırlar:
“Hesab parolunu hərf, rəqəm və işarə kombinasiyalarından istifadə etməklə dəyişmək;
İkifaktorlu kimlik doğrulamasını aktivləşdirmək;
Öldükdən sonra hesaba varis təyin etmək;
Maraq doğuran, üz gəncləşdirən, foto tələb edən tətbiqlərə daxil olmamaq şərtdir.
Bu həm hesabınız üçün, həm də öz təhlükəsizliyiniz üçün vacibdir”.