Sosial ödənişlərin vaxtında və şəffaf şəkildə həyata keçirilməsi minlərlə vətəndaşın gündəlik həyatında mühüm rol oynayır. Lakin son günlər ödənişlərlə bağlı yaranmış anlaşılmazlıq ictimaiyyətdə narazılığa səbəb olub.
Dünən Dövlət Sosial Müdafiə Fondu tərəfindən bildirildi ki, sosial müavinətlərin ödənişi əvvəlcə avqustun 25-də, daha sonra isə 26-da həyata keçiriləcək. Artıq 26-sı bitmək üzrədir, lakin vəsait hələ də vətəndaşların hesabına köçürülməyib. Bu isə həm çaşqınlıq yaradır, həm də vətəndaşların zəruri xərclərini – ödənişlərini, dərman alımlarını və gündəlik ehtiyaclarını ödəməsinə mane olur.
Sosial müavinətlərin ödənişində yaranmış gecikmənin səbəbləri nələrdir? Ödənişlər hansı tarixdə ödəniləcək?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili bildirib ki, müavinətlərin avqust ayının 25-də ödənilməsi ile bağlı xəbər verməmişik.
Rəşad Mehdili bildirib ki, müavinətlər avqust ayının 25-30 aralığında ödəniləcək.
Dəniz Pənahova