backend

“Sosial media “terroru”na qarşı İctimai Səfərbərlik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “Sosial mediada mənəvi-əxlaqi dəyərlərin qorunması və davranış qaydalarına riayət olunması üçün ictimai səfərbərlik yolları” layihəsinin icrasına başlayır.  

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “Sosial mediada mənəvi-əxlaqi dəyərlərin qorunması və davranış qaydalarına riayət olunması üçün ictimai səfərbərlik yolları” layihəsinin icrasına başlayır. 

Təşkilatdan TİA.AZ-a verilən məlumata görə, layihədə məqsəd sosial mediada və şəbəkələrdə, xüsusən də “Facebook”da əxlaq və mənəvi dəyərlərin aşınmasına qarşı ictimai müqavimətin təşkili üçün bloggerlərin, sosial şəbəkə adminlərinin proseslərə nəzarətinin gücləndirilməsi yolu ilə ictimai təşkilatlar və gənclərin prosesə cəlb edilməsidir. 

Layihənin əsas şüarı: “Sosial media “terroru”na qarşı İctimai Səfərbərlik”dir: “Əsas təsir vasitələrindən biri sosial şəbəkələr və mediadır. İstər-istəməz cəmiyyət onun təsirinə düşür. Sosial mediada bir çox hallarda aparılan təbliğat milli-mənəvi dünyagörüşümüzə, əxlaq prinsiplərinə, habelə ictimai təhlükəsizliyə qarşı çevrilir. Bununla da özümüzü və dünyagörüşümüzü, əxlaq normalarımızı çox zaman təhlükədə hiss edirik. Bəs bu necə baş verir? On minlərlə istifadəçi sosial medaida saxta profillərlə bu prosesin iştirakçısıdır. Hesab edirik ki, bunun qarşısının alınması üçün ictimai müqavimətin təşkili vacibdir. Milli-mənəvi, dini dəyərlərimiz qorumaq, etik davranış qaydalarını mühafizə etmək, əxlaq normalarının pozulmasına qarşı müqavimət yaratmaq mümkündür. Xüsusən bununla gənclərimizi hazırki sosial media böhranının təsirindən qorumaq olar.  

Bu gün Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 1.7 milyona çatır. Hazırki göstəricilərə görə ölkədə 1.7 milyon insan bu sosial şəbəkədən istifadə edir. Onların 35%-i qadın, 65%-i kişidir. Digər böyük şəbəkə “Twitter” hesab olunur. Bu şəbəkədə istifadəçilərin sayı 14,3 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,5 dəfə çoxdur.

Təşkilatın sədri və layihənin rəhbəri Rəfail Becanov bildirib ki, layihə üçün sosial şəbəkə istifadəçilərinin üstünlük təşkil etdiyi bölgələr – Sumqayıt, Quba, Xaçmaz regionları seçilib. Layihənin praktik hissəsi əsasən bu 3 regionda həyata keçiriləcək. Ümumi olaraq isə layihə sosial media vasitəsilə bütün Azərbaycanı əhatə edəcək

Layihə 3 ay müddətində həyata keçiriləcək. Regionlarda təşkil edilən ictimai müzakirələrdən başqa “Facebook” sosial şəbəkəsində aktiv fəaliyyət təşkil olunacaq. Bunun üçün təşkilatın fəaliyyət göstərən müxtəlif qrup və səhifələrində layihənin əsas hədəfləri və məqsədləri ilə bağlı ictimai müzakirələr təşkil ediləcək.