Sosial media fenomeninin atası:”Zəlzələ bölgəsinə reklam üçün kömək edib”

Sosial media fenomeninin atası:”Zəlzələ bölgəsinə reklam üçün kömək edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəlzələ bölgəsinə reklam üçün kömək edib”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri sosial media fenomeni  Burak Özdemirin  atası  oğlu barəsində danışarkən deyib.

Belə ki, sosial media fenomen bir müddət əvvəl atası  tərəfindən aldadıldığını iddia edərək onu polisə  şikayət edib.

İddialardan sonra onun atası ” Kanal D” -ə   danışaraq oğlunu qınayıb.

Özdemir dələduzluq iddiasını qətiyyətlə rədd edərək, “Bunun fırıldaqla heç bir əlaqəsi yoxdur. O, həmişə zəlzələ bölgəsində reklamlar üçün yardım edib, ürəkdən etməyib. Anasının genini alıb atasına düşmənçilik edir. Sosial mediasını da mən təmin etmişdim, 2 il əvvələ qədər Burak deyə bir şey yox idi” , – deyə o bildirib.

Xatırladaq ki, CZN Burak bu yaxınlarda verdiyi açıqlamada atası tərəfindən aldadıldığını və adının hallandığı restoranlarla bütün əlaqələrini kəsdiyini bildirib. Xaricdə müxtəlif yerlərdə məkanlar tapan CZN Burak  avtomobillərini sataraq ilk məkanını İstanbulda açacağını bildirib.

Qeyd edək ki, fenomenin  anası bir müddət bundan öncə  rüşvət aldığı iddiası ilə mühakimə olunub.