backend

Sosial evləri tikəcək şirkətlər bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan MİDA MMC tərəfindən 3 lot üzrə elan edilmiş tenderin qalibləri müəyyən edilib. 

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan MİDA MMC tərəfindən 3 lot üzrə elan edilmiş tenderin qalibləri müəyyən edilib.

Report xəbər verir ki, tenderin hər lot üzrə bir olmaqla ümumilikdə üç qalibi var.

Məlumata görə, lot-1 üzrə NN Group MMC, lot-2 üzrə “Hünər İnşaat” firması və lot-3 üzrə 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC qalib müəyyən edilib və müvafiq satınalma müqavilələri imzalanıb.

Xatırladaq ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksinin tikintisi ilə əlaqədar tender elanı yanvarın 24-də elan olunub.