Uşaqlar arasında tutmaşəkilli, boğucu öskürək artıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə həkim-pediatr Vaqif Qarayev məlumat paylaşıb. O bildirib ki, həkim məsləhəti olmadan uşaqlara özbaşına özkürək siropu vermək olmaz:
“Öskürək 3-5 günə keçirsə, təhlükəli deyil. Bu hal adi mövsümi viruslardan ola bilər. Həkiminiz bunu dəqiqləşdirəcək. Amma uzun müddət (həftələrlə) davam edərsə, göyöskürək və göyöskürəyə bənzər xəstəlik haqqında düşünmək olar. Peyvəndli uşaqlarda göyüökürəyə bənzər xəstəliyə rast gəlinir. Göyöskürəyə nisbətən tutmalar daha yüngül olur, həm uzun çəkmir. Göyöskürək tutmaları isə daha aqressivdir, həm ağırlaşmaları təhlükəlidir. Daha çox peyvəndsiz uşaqlarda rast gəlinir.
İstənilən öskürək siroplarından istifadə düzgün deyil. Bütün hallarda uşaq müayinə olunmalı və düzgün diaqnoz qoyulmalıdır!
Uşaqları peyvənd etdirin”.
Gülşən Rəsul