SOS! Bağça və məktəblərdə bu virus yayılıb…

SOS! Bağça və məktəblərdə bu virus yayılıb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqlar arasında tipik əlamətləri çox da nəzərə çarpmayan skarlatina xəstəliyi yayılıb.

Tribunainfo.az xəbər verir ki, artıq bir neçə məktəb və bağça uşağında virus qeydə alınıb.
Skarlatina boğaz ağrısı və hərarətlə müşayiət edilən, bədənsə səpkilərin yaramasına səbəb olan infeksion xəstəlikdir. Skarlatina daha çox payız-qış aylarında özünü büruzə verir və əsasən 5-15 yaş uşaqlar arasında müşahidə olunur. Adətən yüksək hərarət və boğaz ağrısı ilə başlayan xəstəliyin əlamətləri arasında limfa düyünlərinin böyüməsi və tez-tez qaytarma kimi hallar da var.
Səpgilər yaranana qədər bu xəstəlik boğazağrısı kimi qəbul edilir.
Skarlatina xəstəliyi zamanı dəri qızarır. Qızarma fonunda bədənin hər yerində nöqtəvari səpgilər müşahidə edilir. Skarlatinanın ən əsas əlamətlərindən biri çiyələyəbənzər və yaxud moruğabənzər dilin olmasıdır. İnkubasion dövr əsasən 2-7 gün olur. Revmatit qızdırma verə, ən əsası böyrək zədələnməsi halı müşahidə oluna
Mütəxəssislər bildirir ki, səpgilər bitdikdən sonra əl və ayaqda dərinin soyulması müşahidə olunur. Skarlatinanın müalicəsi zamanı antibiotiklərlə yanaşı vitaminlər təyin edilir, yataq rejimi və çoxlu maye qəbulu tövsiyə olunur.
Skarlatina xəstəliyinin əlamətləri qızılca ilə oxşardır. Qızılcanın törədiciləri viruslar, skarlatinanınkı isə bakteriyalardır. Qızılcada səpgilər bir-birinə birləşməyə meyilli məxmərvari səpgilər, skarlatinada isə nöqtəvari olur. Skarlatinada səpgilər dodaq-burun üçbucağından başqa bədənin hər yerində, qızılcada isə bütün bədəndə olur.
Skarlatina xəstələri on gündən sonra mütləq sidik analizi verməlidir ki, böyrək ağırlaşmasının qarşısı alınsın.
Onu da qeyd etmək lazımdır ki, skarlatina yoluxucu xəstəlikdir və uşaqdan-uşağa keçə bilər.

Gülşən Rəsul