2024 üç münaqişə ocağı üçün fərqlənmədi: Ukrayna cəbhəsi, Qəzza zolağı və Cənubi Qafqaz… Hər üç regionda eyni oyunçulardır. Sadəcə, mübarizə formaları seçilir. Ukraynada NATO döyüşür, amma proksi müharibə aparmaqla. Yaxın Şərqdə ABŞ savaşır, İsraili dəstəkləməklə. Bizim bölgədə də eyni güclər Rusiyanı sıxışdırır. Beləliklə, dünya 2024-ə ötən ildən qalan müharibələrlə daxil olub. Tribunainfo.az yazır ki, bu il geopolitik mübarizənin yeni cəbhələri ilə yadda qala bilər. Çinə qarşı Tayvan, Rusiyaya qarşı Orta Asiya strateji müharibələr meydanına çevrilmək riski ilə üzləşməkdədir. Faktiki olaraq, Şərq-Qərb toqquşmasının coğrafiyası genişlənmək təhlükəsi ilə üzləşib. Ekspertlərin fikrincə, həm də seçkilər ilidir.