Sorosun Türkiyədə Gəzi iştişaşları üçün 13 milyon dollar xərclədiyi iddia olundu

Sorosun Türkiyədə Gəzi iştişaşları üçün 13 milyon dollar xərclədiyi iddia olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2013-cü ildə Türkiyədə törədilən Gəzi iğtişaşları ilə bağlı yeni detallar üzə çıxıb. 

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis araşdırmaları nəticəsində Gəzi iştişaşlarının maliyyəçisi və hazırda həbsdə olan Osman Kavalanın restoranında iştişaşlardan öncə gizli toplantılar keçirildiyi bəlli olub.

Xarici ölkə vətəndaşlarının da iştirak etdiyi iclaslara Levent Üzümcü və CHP-dən olan deputat Mehmet Bekaroğlu da qatılıb. Araşdırmalar nəticəsində, Gəzi iğtişaşlarının əsas maliyyəçisi , macar əsilli yəhudi Corc Sorosun iğtişalar törətmək üçün, yerli tərəfdaşı Osman Kavalaya 13,5 milyon dollar pul göndərdiyi üzə çıxıb.

“Əlcəzair” adlı restoranda keçirildiyi aşkar edilən toplantılar və o toplantılara qatılan şəxslər istintaqa cəlb edilib. Toplantıya qatılan  xarici ölkə vətəndaşları isə axtarışa verilib. Türkiyə prokurorluğunun göstərişi ilə polis Gəzi hadisələrindən az öncə, keçirilən toplantıların fotolarını çəkib.

Gezi finansöründen, üst akla ve CHP'lilere yemek!

Şübhəlilərdən Ayşəgül Gözəl Berqes Del Arko istintaqa verdiyi ifadədə Ceyms Halliday adlı şəxsin sosial sahibkarlıq sahəsində fəaliyyət göstərdiyini, ancaq onun kim tərəfindən toplantılara dəvət edildiyini bilmədiyini deyib.

Polisin çəkdiyi görüntülərdə CHP-li Mehmet Bekaroğlunun toplantı keçirilən restorana bir dəfə Levent Üzümcü ilə getdiyi, başqa bir dəfə isə Fərda Kəskin, İgid Aksakoğlu ilə əcnəbi olduğu bildirilən bir şəxslə girdiyi görünür.

“Rəngli inqilablar”ın əsas maliyyəçisi olan ABŞ vətəndaşı Corc Sorosun yerli tərəfdaşı Osman Kavalaya pul göndərməsi  Türkiyə Maliyyə Cinayətləri Araşdırma Kabinetinin hesabatında öz əksini tapıb. Gəzi iğtişaşları , 17-25 dekabr olayları və 15 iyul dövlət çevrilişi cəhdinə dair istintaqa cəlb edilən Osman Kavalanın rəhbərlik etdiyi Kavala fonduna, Gəzi hadisələrindən 12 gün öncə, Sorosun təşkilatı tərəfindən 500 min lirə pul göndərildiyi aşkarlanıb.

Türkiyə Maliyyə Cinayətləri Araşdırma Kabineti ümumilikdə Sorosun rəhbərlik etdiyi “Açıq Cəmiyyət İnsitutu”nun  Osman Kavalanın rəhbərlik etdiyi “Kavala Fondu”na 25 əməliyyat vasitəsi ilə 13 milyon 526 min 703 ABŞ dolları köçürdüyü aşkar edilib.