SONUNCU BRÜSSEL GÖRÜŞÜ İLHAM ƏLİYEVİN XARİCİ DİPLOMATİYADA TƏNTƏNƏSİ SAYILMALIDIR… – VÜQAR İSKƏNDƏROVbackend

SONUNCU BRÜSSEL GÖRÜŞÜ İLHAM ƏLİYEVİN XARİCİ DİPLOMATİYADA TƏNTƏNƏSİ SAYILMALIDIR… – VÜQAR İSKƏNDƏROV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

14 mayda baş tutan Brüssel görüşü Azərbaycanın növbəti diplomatik uğuru sayılmalıdır. Bu dəfə artıq Makron yox idi. Həmçinin Paşinyan bununla artıq ikinci dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdi. Həmçinin Şarl Mişel tərəfindən sərhədlərin delimitasiya və demarkasiya olunması gündəmdə olduğu bildirildi. Düşünürük ki, bu komissiyaların işi uzana bilər. Bu da Avropa İttifaqının strateji planlarına daxil olan məsələ kimi qeyd edildi.

Bu sözləri Tribunainfo.az-a deputat Vüqar İskəndərov Brüssel danışıqlarını şərh edərkən deyib. Millət vəkili bildirib ki, İlham Əliyevin qaldırdığı bütün məsələlər müzakirə olunub:

“Növbəti uğurumuz Zəngəzur dəhlizi ilə bağlı oldu. Avropa İttifaqının da Şarl Mişelin simasında bu məsələdə maraqlı olduğunu bildik. Bu olduqca vacib məsələ idi. Bu cənab İlham Əliyevin xarici diplomatiyada təntənəsi sayılmalıdır.
İkinci əsas məsələ isə dumana düşərək yolunu azıb əsir düşən əsgərlərimizin məsələsinin Şarl Mişel tərəfindən dilə gətirilməsi oldu. Bu məsələni cənab prezident Şarl Mişellə həm ikitərəfli, həm də üçtərəfli görüş zamanı ciddi olaraq qaldırıb. Artıq bu hadisənin, əsrlərimizin qaytarılması məsələsinin Avropa İttifaqı prezidenti tərəfindən səsləndirilməsi, gündəmdə olması, müzakirə olunması, həll olunması üçün işlərin görülməsinə start verilməsini özündə ehtiva edir. Belə deyək, cənab İlham Əliyev orada hansı məsələləri səsləndirdisə, hansı şərtləri irəli sürdüsə müzakirə olundu, Şarl Mişel də buna qarşı çıxmadı, dinlədi. Hesab edirəm ki, Azərbaycanın ədalətli mövqeyi artıq bütün dünya tərəfindən qəbul edilib”.