Hər il olduğu kimi, bu il də “Son zəng” tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcək.
Hər il olduğu kimi, bu il də “Son zəng” tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcək.
TİA.AZ xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 2017-ci ildə də ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri iyunun 14-də keçiriləcək.
Bu il Azərbaycanda respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir.
2017-2018-ci tədris ilinin əvvəlində 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.