Keçmiş separatçıbaşı Araik Aryutunyanın ifadəsi alınır. Tribunainfo.az-ın xəbərinə görə, hazır o istintaqda dindirilir. Ona qarşı bir neçə maddə ilə ittiham irəli sürülüb. Araik ilk növbədə Gəncə terrorunun məsuliyyətini üzərinə götürdüyü üçün terrorçuluq əməlinə görə barəsində cinayət işinin istintaqı aparılacaq. Məlumata görə, Bako Saakyan və Arkadi Qukasyanın da dindirilməsi davam edir.