Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 449 yeni yoluxma faktı qeydə alınıb, 9 372 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 764 202 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 713 324 nəfər müalicə olunaraq sağalıb, 9 157 nəfər vəfat edib. 41 721 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 558, bu günə qədər isə ümumilikdə 6 447 062 test icra olunub.
Azərbaycanda COVID-19 əleyhinə üç və daha çox dozada vurulan vaksinlərin sayı açıqlanıb.
Bildirilib ki, koronavirusa qarşı üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 43 231 olub, bu da ümumilikdə 2 443 823 təşkil edir.