Xırdalanda 17 mərtəbəli yaşayış binasında güclü yanğın başlayıb Xırdalanda 17 mərtəbəli yaşayış binasında güclü yanğın başlayıb. Qaynarinfo-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Xırdalanın mərkəz prospektində yerləşən binada başlayan yanğın getdikcə şiddətlənir. Əhali köməksiz vəziyyətdə qalıb. Məlumata görə, hələlik FHN əməkdaşları hadisə yerinə gəlməyib. Hadisə barədə əlavə məlumat veriləcək.