Ümumdünya Səhiyyə Təşkilatı Afrikada sürətlə yayılan meymun çiçəyi xəstəliyinə qarşı ən yüksək xəbərdarlıq səviyyəsi olan beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Avropa Birliyi Afrikaya 215 min peyvənd göndərmək qərarına gəlib.
Bu il yüksək yoluxucu virusa görə 524 nəfər ölüb, hazırda isə 14 mindən çox xəstə var.