Bu gün Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə dəhşətli partlayış baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin xüsusi texniki vasitələri və canlı qüvvələri, prokurorluq və polis əməkdaşları cəlb olunmaqla, operativ və təxirəsalınmaz tədbirlər icra olunur.
Tribunainfo.az xəbər verir ki, şəhərin 13-cü mikrorayonunda baş verən partlayış nəticəsində 6 partlayan evin dağıntıları altında qalıb. Həmin şəxslər xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir.
Qeyd edək ki, Tribunainfo.az saytının iki əməkdaşı, İmran Kərimli və Nihat Kərimli qəza baş verən binanın sakinləridir. Onlar da digər bina sakinləri kimi küçədə qalıblar, binaya giriş qadağan edilib.
Hazırda binada qazın və işığın verilişi də dayandırılıb.
Nigar