SON DƏQİQƏ: Şoyqu və Gerasimovun həbsinə order verildibackend

SON DƏQİQƏ: Şoyqu və Gerasimovun həbsinə order verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqu və Baş Qərargah rəisi Gerasimovun həbsinə order verib.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, mart ayında seçkilərdə qələbə qazandıqdan sonra prezident kimi 5-ci müddətinə başlayan Rusiya lideri Vladimir Putin and içdikdən sonra ilk işi olaraq Rusiyanın ən uzun müddətli naziri Sergey Şoyqunu istefaya göndərdi.

Beynəlxalq məhkəmə isə Ukrayna mülki obyektlərinə hücumlara görə Rusiya rəsmilərinin həbsinə order verib.

Beynəlxalq Cinayət Məhkəməsi bu gün dərc olunan qərarla keçmiş nazir Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu “müharibə cinayətləri” və “insanlığa qarşı qeyri-insani hərəkətlər”də ittiham edib.