SON DƏQİQƏ: ŞƏRQLƏ QƏRB SAVAŞI BAŞLAYIR – DƏHŞƏTLİ PROQNOZbackend

SON DƏQİQƏ: ŞƏRQLƏ QƏRB SAVAŞI BAŞLAYIR – DƏHŞƏTLİ PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hakimiyyəti iki düşmən blokun yaranmasına töhfə verməklə bəşəriyyəti dünya müharibəsinə sövq edir.

Tribunainfo.az Mehrnews-a istinadən xəbər verir ki, bu sözləri Malayziyanın keçmiş baş naziri Mahathir Məhəmməd deyib.

97 yaşlı Mahathir “Global Times” qəzetinə müsahibəsində deyib: “ABŞ digər ölkələrin də Rusiyaya qarşı aksiyaya qoşulmasına nail olmağa çalışacaq və Rusiya da onu dəstəkləyəcək dost ölkələr tapmalı olacaq”.

“Şərq bloku ilə Qərb bloku arasında qarşıdurma olacaq. Bu isə daha da böyüyərək dünya müharibəsinə çevriləcək”.

“Ukraynanın NATO-ya dəvət edilməsi təxribatdır. Əslində, Ukrayna NATO-ya daxil olmasa, məncə, Rusiya daha az təhlükə hiss edəcək və qarşıdurma olmayacaq. Amma proses başladıqdan sonra Rusiya qabaqlayıcı addımlar ataca, -Mahathir bildirib.

O, qeyd edib ki, NATO dövlətləri Rusiya-Ukrayna münaqişəsində birbaşa iştirak etmir və Ukrayna alyansın üzvü deyil. Bununla belə, keçmiş baş nazirin sözlərinə görə, Rusiya ilə qarşıdurma NATO-ya üzv dövlətlərə böyük ziyan vurur.