Xəbər verdiyimiz kimi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova Ankarada silahlı hücum olub.
Xəbər verdiyimiz kimi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova Ankarada silahlı hücum olub.
TİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, hücum səfirin Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında iştirakı zamanı təşkil edilib.
Səfir ağır vəziyyətdə xəstəxanaya aparılıb. “RİA-Novosti” agentliyi öz mənbəyinə istinadən Ankarada güllələnən səfir Andrey Karlovun öldüyünü xəbər verib.