SON DƏQİQƏ! Rusiya Kiyevi dronlarla VURDUbackend

SON DƏQİQƏ! Rusiya Kiyevi dronlarla VURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələrinin hərbçiləri 19 oktyabr, şənbə gecəsi pilotsuz uçuş aparatları (PUA) ilə Kiyevə zərbələr endirib.

Tribunainfo.az UNİANa istinadən xəbər verir ki, hücum nəticəsində bir qadın yaralanıb.

Ukrayna Müdafiə Qüvvələri şəhərə hücum edən bütün PUA-ları zərərsizləşdirə bilib.

Kiyev Hərbi Administrasiyasının məlumatına görə, dronlar müxtəlif istiqamətlərdən paytaxta doğru göndərilib. Kiyevdə hava hücumu xəbərdarlığı 3,5 saatdan çox davam edib.

Hücum zamanı Dnipro rayonunda bir binanın fasadı zədələnib. Nəticədə gənc qadın yaralanıb. Darnitsa rayonunda isə dron qalıqları park edilmiş avtomobillərə zərər vurub, lakin ərazidə xəsarət alan olmayıb.

Yayılan son məlumata görə, səhər saat 6:57-də Kiyevdə yenidən raket təhlükəsi ilə bağlı hava hücumu xəbərdarlığı elan olunub.

Son vaxtlar Rusiya Kiyevi mütəmadi olaraq pilotsuz uçuş aparatları ilə hədəfə alır, nəticədə dağıntılar, yaralılar və ölənlər olur.