SON DƏQİQƏ: Rusiya aerodromlarına kütləvi dron hücumubackend

SON DƏQİQƏ: Rusiya aerodromlarına kütləvi dron hücumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə və səhər saatlarında Rusiyanın hava hücumundan müdafiə sistemləri ölkənin beş rayonunda – Krasnodar diyarı, Rostov, Saratov, Kursk və Belqorod vilayətlərində 53 pilotsuz uçan aparatı vurub.

Tribunainfo.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqram kanalında məlumat yayıb.

Məlumata görə, 44 pilotsuz uçan aparatın vurulduğu Rostov vilayətinin Morozovski rayonundakı elektrik yarımstansiyası zədələnib. Vilayətin qubernatoru Vasili Qolubev xəbəri təsdiqləyib. Amma o, Morozovsk yaxınlığındakı hərbi aerodromdan bəhs etməyib.

Bundan əvvəl yerli teleqram kanalları dron hücumunun hədəfinin cəbhə xətti boyunca aktiv fəaliyyət göstərən Su-34 qırıcılarının yerləşdiyi Morozovsk aerodromu olduğunu yazmışdı. Rəsmi qurumlar bu məlumatı təsdiqləməyib. Şahidlər çoxsaylı dronların olduğunu və 60-dan çox partlayışın baş verdiyini bildiriblər. Tələfat və dağıntılar barədə məlumat verilmir.