Tezliklə İranda 3+3 formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüşün keçiriləcəyi deyilir. İndiki məqamda belə bir görüşün keçirilmə xəbərinin yayılması diqqət çəkir.
Tribunainfo.az-a bu barədə danışan siyai şərhçi Turan Rzayev bildirib ki, indiki məqamda “3+3” formatını vacib edən bir sıra mühüm məqamlar var:
“Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı əsas maneələrin aradan qalxması sülh istiqamətində regional müstəvidə münbit şəraitin yaranması;
Azərbaycan və Türkiyə strateji müttəfiqliyi Rusiyanın regional maraqlarını bu müttəfiqlik üzərindən qorumaq istəməsi İranında prosesdən kənarda qalmaq istəməsi;
Zəngəzur ətrafında proseslərə günbəgün yeni qüvvələrin, güclərin qoşulmaq istəməsi və regional oyunçuların kənar qüvvələrə pay vermək istəməməsi”.