SON DƏQİQƏ: NATO-nun qapısı İsveçə açıldı, Macarıstan bu tarixdə səs verəcək

SON DƏQİQƏ: NATO-nun qapısı İsveçə açıldı, Macarıstan bu tarixdə səs verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Skandinaviya ölkəsinin NATO-ya daxil olması üçün son maneə də aradan qaldırılır və Macarıstan həftələrdir gözlənilən səsvermə üçün tarix təyin edib.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Dünyanın ən böyük müdafiə ittifaqı olan NATO- ya üzv olmaq üçün 2022-ci ilin mayında müraciət edən İsveç üçün prosesin sonu gəldi.

Macarıstanın hakim partiyası ABŞ və Qərb ölkələrinin aylardır gözlədiyi səsvermənin tarixini rəsmən açıqlayıb.

İsveçin NATO-da iştirakını təsdiq etməyən Macarıstan bazar ertəsi səsvermədə iştirak edəcəyini açıqlayıb. Budapeşt administrasiyasının razılığı ilə İsveç üçün son maneə də aradan qaldırılacaq.