SON DƏQİQƏ: Moskva metrosunda terrorçu ÖLDÜRÜLDÜ

SON DƏQİQƏ: Moskva metrosunda terrorçu ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva vilayətində sinaqoqda və Moskva metrosunda terror aktına hazırlaşan şəxsi zərərsizləşdirib.

 Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.

Bildirilib ki, terror təşkilatının üzvü olan Rusiya vətəndaşı əslən Mərkəzi Asiya ölkələrindən olub.

Məlumata görə, həmin şəxs sinaqoqda və Moskva metrosunun stansiyalarından birində əldəqayırma partlayıcı qurğuları işə salmaq niyyətində olub, hücumdan sonra isə Əfqanıstana getməyi planlaşdırıb.

“Cinayətkar saxlanılarkən Rusiya FTX əməkdaşlarına qarşı silahlı müqavimət göstərib və nəticədə cavab atəşi ilə zərərsizləşdirilib”, – deyə məlumatda qeyd olunub.