SON DƏQİQƏ: Məktəbdə atışma olub, yaralılar varbackend

SON DƏQİQƏ: Məktəbdə atışma olub, yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın Vantaa şəhərində məktəbdə atışma baş verib. Polis üç tələbənin yaralandığını bildirib. Tribunainfo.az Habertürk-ə istinadən xəbər verir ki, tələbə olduğu açıqlanan hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub.

Hadisə Finlandiyanın cənubundakı Vantaa şəhərində Viertola adlı ibtidai məktəbdə baş verib.

Polis hadisə yerinə gələrkən sakinlərdən məktəbə yaxınlaşmamaları xahiş olunub. 800 şagird və 90 müəllimin təhsil aldığı məktəbə giriş-çıxışlar bağlanıb.

3 tələbənin yaralandığını bildirən polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin də tələbə olduğunu və yaxalandığını bildirdi.

Məktəb direktoru bir saatdan sonra “təhlükə bitdi” açıqlaması verdi.

Dəniz Pənahova