SON DƏQİQƏ: İstanbul beşik kimi yelləndi, növbəti zəlzələ oldu – Şiddəti…

SON DƏQİQƏ: İstanbul beşik kimi yelləndi, növbəti zəlzələ oldu – Şiddəti…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra daha bir güclü zəlzələ baş verib.

Tribunainfo.az xəbər verir ki, meqapolisin bir çox rayonunda hiss edilən zəlzələnin gücü 4.9 olaraq açıqlanıb.

AFAD Zəlzələ İdarəsinin məlumatına görə, İstanbulda saat 12.49-da 6.2, saat 12.51-də 5.9 və 4.4, 13.01-də 4.8, saat 13.02-də isə 4.5 və 4.9 bal gücündə zəlzələlər baş verib. İstanbulda saat 15.12-də baş verən son zəlzələnin episentri Büyükçekmecede olub və maqnitudası 4.9 olub. AFAD zəlzələnin dərinliyini 7.02 olaraq ölçüb.

Qonşu əyalətlərdə də hiss olunan zəlzələlər zamanı insanlar küçələrə axışıb.

 

Dəniz Pənahova