SON DƏQİQƏ: İSRAİL ORDUSU CENİN ŞƏHƏRİNDƏ MÜLKİ ŞƏXSLƏRİ ATƏŞƏ TUTURbackend

SON DƏQİQƏ: İSRAİL ORDUSU CENİN ŞƏHƏRİNDƏ MÜLKİ ŞƏXSLƏRİ ATƏŞƏ TUTUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordan çayının qərb sahilinin Cenin şəhərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində üç fələstinli həlak olub.

Tribunainfo.az xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail əsgərləri mülki avtomobillərə atəş açıb.

“Bu səhər İordan çayının qərb sahilinin Cenin şəhərinin Caba bölgəsində üç fələstinli İsrail əsgərləri tərəfindən öldürülüb”, – bəyanatda deyilir.

Fələstin məlumatlarına görə, 2023-cü ildə 13-ü uşaq və bir qadın olmaqla 77 fələstinli İsrail tərəfindən atəşə tutulub.
Qeyd edək ki, martın 3-də İordan çayının qərb sahilində İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 25 fələstinli yaralanıb.