SON DƏQİQƏ: İrəvan Kərkidəki bütün tikintiləri dayandırdı – Səbəb

SON DƏQİQƏ: İrəvan Kərkidəki bütün tikintiləri dayandırdı – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda işğal altında olan Ordubad rayonuna məxsus Kərki kəndidə Ermənistan hökuməti bütün tikinti işlərini dayandırıb. Tribunainfo.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, yerli icra nümayəndəsi və bələdiyyə üzvlərinə də bununla bağlı xəbərdarlıq edilib.
Qəzet yazır ki, bundan başqa, rəsmi İrəvan Kərkidə şəxsi evlərin inşa edilməsi üçün torpaq sahələrinin ayrılması prosesini də dayandırıb. “Yerli bələdiyyəyə bildiriblər ki, prosesi dayandırsınlar. Lakin bunun səbəbini açıqlamayıblar”.
Erməni nəşri bu hadisələr fonunda belə qənaətə gəlib ki, növbəti demarkasiya prosesi Kərki kəndi istiqamətində başlayacaq. Kəndin isə Azərbaycana qaytarılacağını qeyd edib.