Xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abdullahiyanla birgə mətbuat konfransı keçirib.
Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, İran prezidentinin qısa müddətdə Türkiyəyə gələcəyini bildirən nazir Fidan Türkiyənin Qəzzada baş verənlərlə bağlı qarant kimi məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu ifadə edərək, “İsrail girdiyi yanlış yoldan dərhal dönməlidir. Biz regionun daxilində və xaricində bütün aktorları davamlı sülhü dəstəkləməyə çağırırıq”, – deyib.
Xarici işlər naziri Hakan Fidanın açıqlaması belədir; “İran prezidenti Türkiyəyə gələcək. O, tezliklə Türkiyəyə səfər edəcək”.
“Qəzzədəki vəziyyət bugünkü gündəmimizin ən mühüm mövzusu idi. Qəzzada qeyri-qanuni mühasirə davam edir. Qəzzalılar günlərdir ağır bombardmanlar altındadır. Bu zülmə qarşı susmağımız mümkün deyil. İnsanları dünyanın gözü qarşısında qətlə yetirirlər”,- deyə nazir vurğulayıb.