SON DƏQİQƏ: İran hava sahəsini yenidən bağladıbackend

SON DƏQİQƏ: İran hava sahəsini yenidən bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ölkə ərazisində 3 km hündürlüyə qədər uçuşlar həyata keçirən yerli və xarici aviaşirkətlərə xəbərdarlıq edib. Tribunainfo.az xəbər verir ki, həmin xəbərdarlığa əsasən şirkətlər avqustun 11-14-ü aralığında bütün uçuşları dayandırmalıdır.
SEPAH Mətbuat Xidməti bildirib ki, buna səbəb Tehran və İraqla sərhəddə geniş hərbi təlimlərin keçirilməsidir. Belə ki, SEPAH həmin müddətdə rekaet qoşunlarının təlimlərini keçirəcək və bir sıra şərti hədəflərin vurulmasını yoxlayacaq. Bu səbəbdən də mülki təyyarələrin hədəf ola biləcəyini qeyd ediblər.
Lakin İran mediası məsələnin heç də SEPAH-ın dediyi kimi olmadığını iddia edir. Onlar yazırlar ki, bu, İsrailə hücumla bağlı ola bilər.