ABŞ Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynaya uzaqmənzilli silahlardan istifadə etməyə icazə verilməsini müzakirə edir. “AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.
“Bayden, administrasiyasının bu məsələ üzərində işlədiyini söylədi. İndiyədək ABŞ açıq şəkildə bəyan edib ki, uzaq mənzilli silahların, xüsusən də Amerika istehsalı olan silahların Rusiya ərazilərinə qarşı istifadə olunmasına icazə vermir”, – Bayden administrasiyasındakı məmbə CNN-ə bildirib. Qeyd olunur ki, bu siyasətdə hələlik heç bir dəyişikliyin olacağı gözlənilmir.
“The Times” qəzetinə müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken də bu ehtimalı etiraf edib. Ukraynanın uzaqmənzilli silahlardan istifadə etməsi ilə bağlı sualı cavablandıran Blinken deyib ki, o, Ukraynanın Rusiya təcavüzünə mümkün qədər effektiv müqavimət göstərə biləcəyini təmin edəcək. O, əlavə edib ki, Birləşmiş Ştatlar Rusiyadakı əsas hərbi hədəfləri vurmaq üçün raketlərdən istifadə etməyə icazə istəyən Ukrayna Prezidenti Volodimir Zelenskinin arqumentlərini nəzərə alacaq və dinləyəcək.
Blinken və britaniyalı həmkarı Devid Lammi bu gün, sentyabrın 11-də Kiyevdə Zelenski ilə görüşəcək. Amerikanın “Axios Juligrace Brufke” nəşri yazır ki, orada Blinken Ukrayna üçün 300 kilometrə qədər mənzilli ATACMS raketlərindən istifadəyə icazə veriləcəyini elan edəcək. Bu barədə ona Xarici Əlaqələr üzrə Nümayəndələr Palatasının sədri Maykl Makkol bildirib.
“Mən Blinkenlə iki gün əvvəl danışdım və o, Böyük Britaniyadan olan həmkarı ilə birlikdə Kiyevə gedir ki, onlara Rusiyanı ATACMS ilə vurmağa icazə verəcəklərini söyləsin”, – o qeyd edib.
Hələlik ABŞ və Ukraynanın digər müttəfiqləri münaqişənin genişlənməsindən və ya nüvə müharibəsindən ehtiyat edərək Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verməyiblər. Eyni zamanda, “The Times” yazır ki, Böyük Britaniya və Fransa Ukraynaya 560 kilometrə qədər mənzilli “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyə hazırdırlar, lakin ABŞ-ın qərarını gözləyirlər.