SON DƏQİQƏ: Hər kəs bu tarixi gözləyir – Oktyabrın 2-dən… AÇIQLAMAbackend

SON DƏQİQƏ: Hər kəs bu tarixi gözləyir – Oktyabrın 2-dən… AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günəş tutulması günəş, ay və yerin günəş şüalarının yerə çatmasına mane olacaq şəkildə düzləndiyi zaman baş verən səma hadisəsidir. Bu fenomen izləmək üçün həyəcan verici olsa da, psixi sağlamlığımıza əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Oktyabrın 2-də baş verəcək günəş tutulması bürclərə və səhhətində problemi olan insanlara necə təsir edəcək? İnsanlar bu problemlərdən özlərini necə xilas edə bilər?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən astroloq Aytən Salami bildirib ki, 2024-cü ilin oktyabr ayının 2-də 2-ci və sonuncu günəş tutulması baş verəcək.

Astroloqun sözlərinə görə, günəş tutulması Bakı vaxtilə saat 22:49-da, Tərəzi bürcünün 10 dərəcəsində baş verəcək.

“Günəş tutulmaları həyatımızda yeni başlanğıcları təmsil edir. Əsasən də bu tutulmanın təsiri Tərəzi, Qoç, Oğlaq və Xərçəng bürcünə daha çox təsir edəcək. Onların həyatlarında böyük radikal dəyişikliklər olacaq. Onlar həyatlarında yeni qərarlar ala bilərlər.

Həmçinin də bu son iki il ərzində baş verən tutulmalar məhz Qoç, Tərəzi əksində idi. Bu artıq Tərəzi bürcündə baş verən sonuncu tutulmamızdır. Qoç və Tərəzi bürcləri iki illik həyatlarında baş verən döngünü, üzləşdikləri təcrübələri və problemləri yükunlaşdırmış olurlar. Və yeni bir dönəmə addım atırlar.

Günəş tutulması oktyabr ayında, tərəzi bürcündə baş verəcəyi üçün bu ayın ən şanslı bürcləri Tərəzilər, Əkizlər, Dolçalar olacaq. Hava ünsürlü bürclər bu ay daha şanslı bürclər sırasında olacaq”.

Dəniz Pənahova