SON DƏQİQƏ: Ermənistan daha 1200 hektar torpağımızı geri qaytarırbackend

SON DƏQİQƏ: Ermənistan daha 1200 hektar torpağımızı geri qaytarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqust ayının 3-də Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası məsələsi ilə bağlı növbəti prosesə start veriləcək. Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistanın Arçakut Ağsaqqallar Şurasının üzvü Karen Qazaryan yazıb.
O bildirib ki, bir neçə gün əvvəl İrəvandan sərhədlərlə bağlı nümayəndə heyəti Coğazda (ermənilər Berkaber deyirlər) olub. “Onlar avqustun 3-də yenidən kəndə gəlib, burada 1200 hektar ərazinin Azərbaycana verilməsi prosesini həyata keçirəcəklər”.
Həmin məlumatda deyilir ki, həmin ərazilərin 850 hektarı əkin sahələridir. Yerdə qalanı isə yaşayış məntəqəsidir.
Lakin bir başqa məsələ də odur ki, bu demarkasiya zamanı Coğazdakı iri su anbarının kimin ərazisinə düşəcəyidir. Ermənilər su anbarının bir hissəsinin Azərbaycana verilə biləcəyini ehtimal edirlər. Çünki həmin anbar demək olar ki, Tovuz istiqamətində bizim sərhəddə yaxın yerdə yerləşir.