SON DƏQİQƏ: Ermənistan Aprel savaşına BAŞLADI – Sifariş kimindir?backend

SON DƏQİQƏ: Ermənistan Aprel savaşına BAŞLADI – Sifariş kimindir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri atəşə tutulub.
Tribunainfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
“Ermənistanın sərhədə qoşun yığması adi rotasiyasına bənzəmir. Ən azından, ona görə ki, aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli sammiti planlaşdırılır ki, İrəvan həmin görüşə hansısa üstün kartla getməyi hədəfləyir”. Tribunainfo.az-ın verdiyi xəbərə görə, siyasi təhlilçi Aqşin Kərimov bu qənaətdədir. Onun təhlilinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhü qismən təşviq etsə də, geniş planda məğlubiyyəti rəsmiləşdirən sülh müqaviləsini ləngidir. Ekspertin fikrincə, belə qeyri-müəyyən gündəlik Fransa kimi aktorun Ermənistana vədləri əsasında İrəvanı Azərbaycana qarşı revanşa həvəsləndirir. Regiondakı eskalasiya riski Azərbaycan və Türkiyənin strateji önəm verdiyi Zəngəzur dəhlizi layihəsinin gələcəyini sual altında saxlamaq məqsədlərinin irəliləməsi üçün açıla biləcək qapıdır. Azərbaycan minimum olaraq taktiki hədəflərə zərbə endirmək hüququndan yararlanacaq. Azərbaycan maksimal məqsədləri kontekstində daha geniş addımlar atıb Ermənistanın strateji dərinliklərini “yoxlaya bilər”.

Roman